"iPhone 15"in qiyməti AÇIQLANDI

“İphone 15” modeli təqdim olunub.

Metbuat.az xəbər verir ki, tədbir korporasiyanın “YouTube” səhifəsində yayımlanıb. Bu dəfə smartfon iki yeni modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan “iPhone 15” və “iPhone 15 Plus”. Smartfonlar 48 meqapiksellik əsas kamera və bundan əvvəlki modeldən 20 % az enerji sərf edən “A16 Bionic” prosessoru ilə təchiz ediləcək.

Yeniliklərdən biri də smartfonun səthinə mexaniki gərginlikdən qorumaq üçün onun xüsusi keramik örtüyün çəkilməsidir.

Bundan əlavə, təqdimatda “iPhone 15"lərin qiymətləri də açıqlanıb. “iPhone 15” və “iPhone 15 Plus” beş rəngdə təklif olunur və onların qiyməti müvafiq olaraq aşağıdakı kimidir:

“iPhone 15 128GB” – 799 dollar (1,358.3 manat)

“iPhone 15 Plus 128 GB” – 899 dollar (1,528.3 manat)

“iPhone 15 Pro 128 GB” – 999 dollar (1,698.3 manat)

“iPhone 15 Pro Max 256 GB” – 1199 dollar ( 2,038.3 manat)

Artıq bir neçə ölkədə yeni modellərin qiymətləri də bəlli olub. Belə ki, Türkiyədə "iPhone 15"in qiyməti aşağıdakı kimidir:

“İphone 15” - 49.999 TL (3159 manat)

“İphone 15 Plus” - 56.999 TL (3602 manat)

“İphone 15 Pro” - 64.999 TL (4107 manat)

“İphone 15 Pro Max” - 76.999 TL ( 4866 manat)

“İphone 15 Pro Max” (1 TB) - 92. 999 TL (5877 manat)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR