Füzulidə ağır qəza - 2 ölü, 5 yaralı

Ötən gecə Füzuli rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, saat 21 radələrində Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR