Gmail-də möhtəşəm yenilik gəlir: Bu mümkün olacaq

“Google” “Gmail”ə reaksiya funksiyasını gətirməyi planlaşdırır.

Metbuat.az bildirir ki, bu funksiya mesajlaşma proqramlarında olduğu kimi, elektron poçtlara "emoji"lər əlavə etməyə imkan verəcək. Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl “Gmail”in “iOS” proqramında aşkar edilib. Artıq “Android”də də yeniliyin tətbiqinə başlanılıb.

Sözügedən reaksiyaların tezliklə “Gmail”ə əlavə ediləcəyi bildirilir. Qeyd edək ki, belə bir funksiya artıq “Microsoft”un elektron poçt xidməti olan “Outlook”da mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR