Kim Çen İn Putinlə buna görə görüşüb

Xəbər verdiyimiz kimi Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib.

Metbuat.az xəbər verir ki, Kim Çen Prezident Vladimir Putinlə bir araya gəlib.

Eskpertlərin iddiasına görə, Kim Çen Inın Rusiyaya səfəri hərbi məsələləri müzakirə etməkdir. İddia edilir ki, Çin Rusiyaya Ukrayna müharibəsində hərbi dəstək vermək üçün Şimali Koreyadan istifadə edəcək. Çin sanksiyalardan yayınmaq üçün bu üsula əl atıb.

Qeyd edək ki, liderlər arasında görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Şimali Koreyanın yüksək rütbəli hərbi nümayəndələri iştirak edib. Görüş Amur vilayətində “Vostoçnıy” kosmodromunda keçirilib.Tərəflər görüşün məhsuldar keçdiyini ifadə ediblər.

ABŞ-ın Dövlət Departamenti bəyan edib ki, Şimali Koreya Rusiyaya silah tədarük etməyə razılaşarsa, Vaşinqton lazımi addımları atmaqdan çəkinməyəcək. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

Şimali Koreya ilə Rusiya arasında hər hansı bir silah tədarükünün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsini pozacağını xatırladan Miller bildirib ki, ABŞ bu məsələdə mövqeyini əvvəllər də bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı