PSJ onu 50 milyona satdı - RƏSMİ

Qətərin "Əl Ərəbi" klubu PSJ-nin futbolçusu Marko Verrattinin transferini rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubunda 7 nömrəli forma ilə çıxış edəəck.

Daha əvvəl jurnalist Nikolo Şkira keçidin 50 milyon avroya reallaşdığını yazıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR