Dəniz nəqliyyatı daşımalar artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 6 185,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,7% artıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, daşınmış yüklərin 56,6%-i neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 8 758,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 220,3 min tonunu və ya 82,4%-i tranzit yüklər təşkil edib.

“2023-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 309,6 min ton olub”, - məlumatda qeyd olunur.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,7% artaraq 15,5 min nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı