Tiktokda maraqlı yenilik

Xüsusilə gənclər arasında axtarış sistemi kimi istifadə edilən tiktok vikipediya ilə əməkdaşlıq edərək oradakı məlumatları axtarış nəticələrinə əlavə edib.

Metbuat.az xəbər verir ki, tiktok istifadəçiləri indi proqramdan yerli yemək seçimləri və xəbər yeniləmələri daxil olmaqla geniş çeşidli məlumat üçün axtarış vasitəsi kimi istifadə edə bilər. “The Verge”in xəbərinə görə, tiktokun sözçüsü Zachary Kizer, istifadəçilərə tətbiqdaxili məlumatlara çıxış təmin etmək üçün tiktokla və vikipedia arasında əməkdaşlığıq olduğunu bəyan edib.

Kizer bu xüsusiyyətin bir neçə müddətdir fəaliyyət göstərdiyini bildirsə də, şirkət buna qədər açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR