Çin Cənubi Amerikaya yerləşir

Çin və Venesuela münasibətlərinin səviyyəsini “bütün hallarda strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltdiklərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Pekində səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro Çin sədri Si Cinpinlə görüşüb.

Görüş zamanı iki ölkə liderləri münasibətlərin səviyyəsini “bütün hallarda strateji tərəfdaşlığa” yüksəltmək barədə razılığa gəliblər. Görüş zamanı Si Cinpin deyib ki, münasibətlərin səviyyəsini yüksəltmək qərarı iki ölkə xalqının maraqlarına xidmət edir. Onun sözlərinə görə, Çin Venesuelanın milli şəraitinə uyğun inkişaf yoluna qədəm qoymasını dəstəkləyir və Partiya və milli rəhbərlik səviyyəsində əlaqəni artırmağa hazırdır.

Venesuelanın xüsusi iqtisadi zonalar yaratmasını dəstəklədiklərini və bu sahədə təcrübələrini bölüşəcəklərini bildirən Si Cinpin bəyan edib ki, Çinin bu səviyyəyə çatmasında iqtisadi zonaların yaradılması mühüm həmlə olub. Maduro isə qeyd edib ki, Çin-Venesuela əlaqələri mühüm mərhələyə qədəm qoyub və münasibətlərin yeni mərhləsi ikitərəfli əməkdaşlıqda yeni səhifə açacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR