Dünən qəzada şəhid olan hərbçilər dəfn edildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında Zərdab rayon Gödəkqobu kəndindən olan Əliyev Taleh doğulduğu kənddə dəfn edilib.

Digər hərbçimiz Namazov Nihad isə Tovuzun Qovlar şəhərindəndir. O doğulduğu şəhərdə dəfn edilib.


Həsənov Elgün Elşad oğlu Bakının Binə qəsəbəsinə gətirildikdən sonda Şəhidlər Xiyabanında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR