İngilis klubu gürcü ulduzu almaq istəyir - 80 milyonluq transfer

"Mançester Yunayted" “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" Gürcüstan millisinin futbolçusunu almaq üçün iddialı təklif hazırlayıb. "Daily Mail" xəbər verir ki, “Napoli” Xviça Kvaratsxeliya üçün 80 milyon avro dəyərində pul tələb edə bilər.

Məlumata görə, “transfermarket” futbolçunun qiymətinin 85 milyon avro dəyərində olduğunu bildirir.

Qeyd edək ki, 22 yaşlı futbolçu Xviça Kvaratsxeliya Batumi "Dinamo"sundan "Napoli"yə transfer olub. "Napoli" futbolçu üçün 13,3 milyon avro ödəyib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR