“YAŞAT” Fondu şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb

“YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Metbuat.az xəbər verir ki, hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, stikeri, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir.

Respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib. Ümumilikdə məktəblilərin 648-i oğlan, 504 nəfəri isə qızdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR