Vaqif Əsədovun qızı bu səbəbdən vəfat edib

"Xuraman övladının itkisinə dözə bilmədi".

Metbuat.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında aktyor İlham Əsədov, mərhum teatr rejissoru Vaqif Əsədovun qızının vaxtsız ölümündən danışarkən deyib. O bildirib ki, Xuraman Əsədova tələbə öladını itirəndən sonra xərçəng xəstəliyinə tutulub:

"Onun oğlu tələbə idi, Ukraynada təhsil alırdı. Pandemiya vaxtı qəfil ürəyi tutub, elə oradaca dünyasını dəyişib. Ana bu xəbəri qaldıra bilmədi, xəstəliyə tutuldu".

Qeyd edək ki, Xalq artisti Vaqif Əsədovun qızı Xuraman Əsədova dünyasını dəyişib. Vaqif Əsədov özü ötən il vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR