Premyer Liqanın ən dəyərli transferi kimdi? - SİYAHI

Premyer Liqanın ən dəyərli transferi kimdi? -   SİYAHI
16:22 19 Yanvar 2015
213 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan təmsilçiləri Premyer Liqada yaranmış qış fasiləsindən yararlanaraq hazırlıqlarını davam etdirir. Lazımsız futbolçulardan canını qurtaran klublar heyətlərini yeni transferlərlə gücləndirir.

Bu günə qədər 9 Premyer Liqa klubu 25 futbolçunun gedişini rəsmiləşdirib. Fanat.az həmin futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.

"Transfermarkt"ın hesablamalarına görə, indiyədək baş tutan transferlər arasında ən dəyərlisi Ruben Şakendi. "Feyenoord"dan "İnter"ə keçən Hollandiya yığmasının sabiq üzvünə 2 milyon avro qiymət qoyulub.

Siyahıda ikinci ən dəyərli futbolçu Dmitri Bezotosnıdı. "Qəbələ"nin "Çernomorets"dən transfer etdiyi qolkiperin 1,7 milyon avro dəyəri var.

"Qəbələ"nin "Çernomorets"dən gətirdiyi digər futbolçu Aleksey Qayla "Simurq"un Yunanıstanın "Erqotelis" klubundan transfer etdiyi Xuan Alvaradoya isə 800 min avro qiymət qoyulub.

Yerli transferlərdən ən dəyərlisi isə Əfran İsmayılovdu. "Xəzər Lənkəran"dan "İnter"ə keçən yarımmüdafiəçinin transfer qiyməti 400 min avrodu. "Xəzər Lənkəran"ı "Simurq"a dəyişən Elnur Abdullayevin isə 350 min avro dəyəri var.

Futbolçu

Köhnə klubu

Yeni klubu

Dəyəri (avro)

1

Ruben Şaken

Feyenoord

İnter

2.000.000

2

Dmitri Bezotosnı

Çernomorets

Qəbələ

1.700.000

3

Aleksey Qay

Çernomorets

Qəbələ

800.000

4

Xuan Alvarado

Erqotelis

Simurq

800.000

5

Ruslan Fomin

Çernomorets

Qəbələ

700.000

6

Əfran İsmayılov

Xəzər Lənkəran

İnter

400.000

7

Elnur Abdullayev

Xəzər Lənkəran

Simurq

350.000

8

Valeri Kutsenko

Dauqava

AZAL

300.000

9

Rəşad Sadiqov

Xəzər Lənkəran

Qəbələ

250.000

10

Rauf Əliyev

Xəzər Lənkəran

Neftçi

200.000

11

Uğur Pamuk

Xəzər Lənkəran

Sumqayıt

200.000

12

Pərdis Fərcad-Azad

klubsuz

Sumqayıt

200.000

13

Ramazan Abbasov

Sumqayıt

Bakı

150.000

14

Aqil Məmmədov

Bakı

Neftçi

150.000

15

Yussef Fenniç

Zvolle

İnter

100.000

16

Rəhman Hacıyev

Bakı

Neftçi

100.000

17

Aqil Nəbiyev

Araz Naxçıvan

AZAL

100.000

18

Ruslan Nəsirli

Araz Naxçıvan

AZAL

100.000

19

Murad Hüseynov

Daqdizel

Bakı

100.00

20

Elçin Sadıqov

Neftçi

Bakı

50.000

21

Aleksandr Şemonayev

Xəzər Lənkəran

AZAL

50.000

22

Azər Məmmədov

Araz Naxçıvan

AZAL

qiymətsiz

23

Nicat Qurbanov

Neftçi

AZAL

qiymətsiz

24

Tagim Novruzov

Sumqayıt

Bakı

qiymətsiz

25

Kamil Nurəhmədov

Rəvan

Bakı

qiymətsiz



Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-n-dyrli-transferi-kimdi-t17605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR