Azərbaycan qara metal ixracını 22% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 78 654,73 min ABŞ dolları dəyərində 83 800,94 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19,3%, həcmi isə 21,7% azalıb.

    Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,56% təşkil edib.

    Xatırladaq ki, ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR