İllərdir küsülü olan Brilliant Dadaşova və Lalə Məmmədova barışdı - VİDEO

İllərdi küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova barışıblar.

Metbaut.az xəbər verir ki, bu barədə sənətçi Murad Arif sosial şəbəkədə video görüntü paylaşıb.

Əməkdar artist Lalə Məmmədova Murad Arif və digərləri ilə birlikdə Xalq artistinin olduğu məclisə gəlib. Xalq artistinə gül dəstəsi verərək, barışan Lalə Məmmədova qeyd edib:

"Brilliant Dadaşova böyük sənətkarımızdır, biz hamımız ondan öyrənmişik. Mən bu barışığa çox rahat gəldim, çünki Brilliant Dadaşovanın böyüklük edəcəyinə inanırdım".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR