Əməkdar artist bu kanalda aparıcılıq edəcək

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov "1AzTV" verilişindən ayrılıb.

Metbuat.az "Axşam.az"a istinadən bildirir ki, proqramın aparıcılığı Əməkdar artist Həcər Ağayevaya həvalə edilib. Bundan sonra verilişi aktrisa aparacaq.

Onun ilk qonağı isə Xalq artisti Faiq Ağayev olacaq.

Qeyd edək ki, Şəhriyar AzTV-də efirə gedəcək "Düşən pullar" yarışmasına aparıcılıq edəcək. Layihə dünyaşöhrətli intellektual yarışma "Money drop"un eynisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR