"Deportivo" azarkeşləri niyə türk bayrağı açırlar? - MARAQLI SƏBƏB

İspaniya La Liqa komandalarından olan "Deportivo”nun demək olar, hər ev oyununda Türkiyə bayrağını görmək mümkündür.

Metbuat.az Qaynarinfo-ya istinadən bildirir ki, əslində bu bayrağı açan azarkeşlərin ləqəbi "Los Turcos”dur.

Bəs türklərə bu sevgi haradan qaynaqlanır? "Deportivo”nun matçlarında Türkiyə bayrağı niyə dalğalanır?

"Deportivo” 1906-cı ildə yaradılıb. 1993/94 mövsümünü 56 xalla başa vurmasına baxmayaraq, komanda çempionluğu "Barselona”ya uduzur. 1999/2000 mövsümündə isə 69 xalla La Liqa çempionu adını qazanıb.

Roy Makaay, Viktor Sançes, Romero və Flavio Konseysao kimi futbolçuların yer aldığı heyətlə bu çempionluğa əldə edən "Deportivo”nun əzəli rəqibi "Selta” isə eyni mövsümdə liqanı 7-ci pillədə başa vurub. Bu komandalar İspaniyanın Qalisiya bölgəsindəki iki qonşu şəhərin təmsilçiləridir. Aradakı prinsipial rəqabətə görə "Selta” fanatları "Deportivo” azarkeşlərini "təhqir etmək” üçün onlara "Los Turcos” ləqəbi verir. Amma "Deportivo”nun azarkeşləri bu ləqəbi çox bəyənir və rəsmi olaraq "Los Turcos” adı altında fəaliyyət göstərməyə başlayırlar. Həmçinin "Türk kimi güclü” şüarı da ərsəyə gətirirlər.

İndi tarixə qayıdaq. 16-cı əsrin əvvəllərində Osmanlı İmperiyası dövrün ən güclü dövləti idi və dənizlərdə portuqallarla rəqabət aparırdı. Barbaros Hayrettin Paşanın komandanlığında olan Osmanlı donanması İspaniyanın Qalisiya bölgəsində hər dəfə portuqallarla qarşılaşırdı. Portuqallar Korunyadakı insanları vergiyə cəlb edir, cinsi zorakılığa məruz qoyurdular. Barbaros Hayrettin Paşa isə bölgə xalqına nəinki ziyan vurmur, hətta onları portuqalların zülmündən də xilas edirdi. Bölgədə Hayrettin Paşa və onun donanması üçün bir qala ayrılmışdı ki, onlar bu şəhərə gələndə qala bilsinlər.

Digər tərəfdən Viqo şəhərinin sakinləri isə portuqallara kömək edirdi. Lakin işlər onların gözlədikləri kimi getmir. Portuqallar uzun müddət həmin bölgəni nəzarətdə saxlayır və İspaniya kralı V Karlı bu problemlə məşğul olmağa vadar edir. Yerli xalqla türklər arasında 16-cı əsrdə başlayan dostluq bu gün də eyni şəkildə davam edir. "Deportivo” azarkeşləri də "Selta”ya könül verən həmkarlarına "əsl satqın sizlərsiniz” mənasında "portuqaliyalı” deyirlər.

"Deportivo” azarkeşləri Türkiyə ilə zaman-zaman gərginlik yaşayan ölkələrin futbol klubları, xüsusilə də Yunanıstan təmsilçiləri ilə qarşılaşarkən meydanlarında həmişə Türkiyə bayrağını dalğalandırırlar. Bundan başqa, çempionat matçları zamanı tribunalarda həmişə Türkiyə bayrağı asılır. Həmçinin onlar hər il noyabrın 10-da Mustafa Kamal Atatürkün xatirəsini anmaq üçün aşağıdakı fotonu paylaşırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR