QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO

Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov QAİ-nin strukturu və rayon və kənd icmalarının təşkilati strukturu haqda məlumat verib. Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri haqda danışıb.

Daha sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərova verilib. O, Böyük Qarakilsə rayon icmasının sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib, Böyük Qarakilsə rayonunun tarixi və əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib.

Tədbirə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri, Türkiyə Böyük Millət Məclisinin 17-ci dönəm millət vəkili Aziz Kaygısızla birgə qatılan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycan İcmasının fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib, sonra tədbir iştirakçılarına qardaş Türkiyədən gəlmiş qonağı - əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kaygısızı təqdim edib. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirib ki, ata-babaları Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən 19-cu əsrin sonlarında qırğınlar zamanı İqdır, Qars bölgəsinə köç ediblər.

Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini veriblər. İcmanın qarşısında üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR