Arda Gülerin bu hərəkəti gündəm oldu: Meydana endi - FOTO

İspaniya La Liqasında "Real Madrid" doğma meydanda "Real Sosyedad"la üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, zədəsi səbəbindən heyətdə yer almayan "Real Madrid"in futbolçusu Arda Güler atası Ümit Gülerlə matçı tribunadan izləyib. Lakin matçın son anlarına doğru çox həyəcanlanan gənc ulduz tribunadan enərək, meydanın kənarına gəlib.

Qeyd edək ki, "Real Madrid" 2:1 hesabı ilə qalib gəlib. 46-cı dəqiqədə Valverde, 60-cı dəqiqədə isə Xoselu qələbə qollarını vurub. "Real Sosyedad"ın yeganə qolunu 5-ci dəqiqədə Barrenetxea qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR