Əmək şəraiti ağır olan işlərdə bu qədər şəxs çalışır

Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, 2022-ci il üzrə həmin şəxslərin sayı 14 276 nəfər olub. Onların 8071-i sənaye, 640-ı tikinti, 5272-si nəqliyyat və anbar təsərrüfatı, 293-ü isə informasiya və rabitə sektorunda çalışanlardır.

Ötən il üçün əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənlər isə 1209 nəfər təşkil edib. Onların 1131-i sənaye, 68-i isə informasiya və nəqliyyat sektorunda çalışanlardır. Həmçinin iş yerində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər 24 400 nəfər olub. Onların 15879-u sənaye, 4188-i tikinti, 4031-i nəqliyyat və anbar təsərrüfatı, 302-i isə informasiya və rabitə sektorunda çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı