Keyn "Bavariya"ya görə uşaqlıq sevgilisindən ayrıldı

Harri Keyn "Bavariya"ya transfer olunduqdan sonra həyat yoldaşı və uşaqlarını tərk etməli olub.

Metbuat.az xəbər verir ki, "Tottenhem"dən "Bavariya"ya transfer olunan 30 yaşlı hücumçu hazırda Almaniyada tək yaşayır. “Daily Mail”in xəbərinə görə, futbolçunun həyat yoldaşı Keyt və ailəsi onunla Münhenə getməyib.

Bildirilir ki, ailənin dördüncü uşağı olan Henri dünyaya gəldikdən sonra cütlük Kate və uşaqların İngiltərədə qalmasına qərar verdi.

Qeyd edək ki, Harri Keyn “Bayern Münhen”də dörd Bundesliqa oyununda dörd qol vuraraq yaxşı başlanğıc edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR