"Azərbaycan millisində oynamaq istərdinmi?" sualına Zubirdən CAVAB

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan millisində oynamaqla bağlı fikirlərə münasibət bildirib.

Metbuat.az "Qol.az"a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib: "Mən azərbaycanlı yox, Fransa vətəndaşı olan mərakeşliyəm. Hazırda "Qarabağ"ın uğurlarına köklənmişəm".

O, "təklif olarsa, Azərbaycan millisində oynamaq istərdinizmi" sualına "Bilmirəm, baxarıq" cavabını verib.

Zubir sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacaqları "Mölde" (Norveç) barədə də danışıb: "Avropa Liqasında asan oyun olmur. Qrupda rəqiblərimiz çətindir. Amma biz "Mölde"ni təhlil edəcəyik. Rəqibi öz meydanımızda qəbul ecəcəyimizdən bu oyunda yalnız qələbə üçün oynayacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR