Dəmir yolu sahəsində yeni layihəyə başlanıldı

Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına start verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqi, həmçinin dəmir yolu xətləri və keçidlərinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, layihənin ölkəmizin tranzit potensialının yüksəldilməsi və Orta Dəhlizin daha geniş istifadəsinin təmin edilməsi istiqamətində töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, dəmir yolu sahəsini əhatə edən bu layihə Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları proqramı çərçivəsində ölkəmizdə icra olunacaq ilk layihədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR