Rusların elit bölmələri məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Baxmut istiqamətində hücum zamanı Rusiya ordusunun elit bölmələrini məğlub edib.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (Institute for the Study of War – ISW) məlumat yayıb. Məlumata əsasən, hücum zamanı motoatıcı briqada, Hava-Desant Qüvvələrinə məxsus briqada və bir sıra digər hərbi birləşmələr məhv edilib.

Qeyd edilib ki, bu hava-desant bölmələri əks-hücumlarda və Müdafiə Qüvvələrinin hücum əməliyyatını dayandırmaq cəhdlərində iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR