Ərdoğandan ermənipərəst senatora: "Deyəsən, o məni tanımır"

"Bob Menendez Türkiyəni tanımır. Deyəsən, Bob Menendez Tayyib Ərdoğanı sevmir. O da məni tanımır".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. O qeyd edib ki, ABŞ Konqresində senator Bob Menendez kimi simalar Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələlərdən istifadə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşırlar:

"Yunanıstan və Türkiyənin qədim dostluq əlaqələrinə malikdir. Menendezin Türkiyəyə qarşı düşməncəsinə bir yanaşması var və bizi seçdiyi müəyyən bir müzakirə sahəsinə çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR