Minlərlə iranlı Ronaldonun avtobusunu təqib etdi - Tehranda izdiham

Tehranda Asiya Çempionlar Liqası çərçivəsində “Əl-Nəssr”in “Persepolis”lə oyun öncəsi son məşqi Kriştiano Ronaldoya olan sıx maraq səbəbindən ləğv edilib.

Metbuat.az xəbər verir ki, Ronaldoya böyük sevgi nümayiş etdirən iranlı azarkeşlər komandanın avtobusunu metrlərlə təqib edib. Məlumata görə, Ronaldonu görmək üçün Tehrana gələn minlərlə insan Ronaldonun olduğu avtobusu hava limanından otelə doğru hərəkət edərkən təqib ediblər.

Ronaldoya olan maraq izdiham yaratdığı üçün “Əl-Nəssr”in “Persepolis” matçı öncəsi son məşqi ləğv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR