Özbək klubundan Neymara sürpriz

Xorxe Jesusun çalışdırdığı və heyətində dünyaca məşhur ulduz futbolçu Neymarın yer aldığı “Əl Hilal” klubu Asiya Çempionlar Liqasının D qrupunda ilk oyununda Özbəkistanın “Navbahor Namanqan” klubu ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Kral Fəhd stadionunda keçirilən oyun 1-1 hesabı ilə yekunlaşıb. İlk hissəsi 0:0 hesabı ilə bitən görüşdə qonaq komanda 52-ci dəqiqədə Toma Tabatadzenin qolu ilə 1:0 önə keçib. “Əl-Hilal”90+10-cü dəqiqədə Əli Albulayhinin qolu ilə hesabı bərabərləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR