Tanınmış futbolçu çempionatdan qovuldu - Gizlicə bunu edib

ABŞ-ın “Monreal” klubunda çıxış edən Matko Miljevic qovulub.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, yarımmüdafiəçi Matko Miljeviç liqaya zərər verəcək davranışına görə klubdan qovulub. Onun ABŞ liqasında oynması qadağan edilib.

Qeyd edək ki, Kanada mətbuatı 22 yaşlı yarımmüdafiəçinin saxta adla həvəskarlar liqasında çıxış etdiyini və matçdan sonra rəqibinə yumruq atdığını iddia etmişdi.

Açıqlamada Miljeviçin davranışına görə liqaya zərər verdiyi və müqavilə qaydalarını pozduğu əsas götürülərək müqaviləsininin ləğv edildiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR