Draksler bu klubla müqavilə imzaladı

Alman futbolçu Julian Draksler Qətərin "Əl Əhli" komandası ilə 2 illik müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilir ki, PSJ-də çıxış edən 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Məlumatda Draksklerin məvacibinin detalları ilə bağlı ətraflı açıqlama verilməyib.

Qeyd edək ki, ötən mövsüm "Benfika"ya icarəyə verilən Draksler bütün turnirlərdə 18 matçda meydana çıxıb və 2 qol vurub. Bundan əvvəl Qətərin “Əl Arabi” komandası PSJ-nin futbolçusu Marko Verrattini transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR