"Putinə nə qədər güvənirsiniz?" sualına Ərdoğandan diqqətçəkən cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ABŞ-ın PBS kanalına müsahibə zamanı rusiyalı həmkarı Vladimir Putinlə bağlı maraqlı sual verilib.

Metbuat.az xəbər verir ki, Ərdoğana Putinə güvənib-güvənmədiyi barədə sual verilib. "Putinin taxıl vədinə əməl edəcəyinə inanırsınızmı?" sualına Ərdoğan belə cavab verib:

"Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən az Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlədən Avropa Birliyidir. Mən Qərbə nə qədər güvənirəmsə Rusiyaya da o qədər güvənirəm”.

Putinin taxıl sazişini hələ bərpa etmədiyi barədə suala isə Ərdoğan, “Biz (Putin) onlardan soruşduq, 1 milyon ton daha göndərəcəklərini dedilər” deyə cavab verib. Ərdoğan, Putinin taxıl ixracına dərhal başlayacağını və hadisələri izlədiklərini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR