Yoxa çıxan F-35 qırıcısı tapıldı

ABŞ-ın Cənubi Karolina ştatında yoxa çıxan F-35 qırıcısının qalıqları tapılıb.

Metbuat.az xəbər verir ki, təyyarə qəzaya uğramazdan əvvəl pilot paraşütlə tullanarkən, rəsmi dairələr təyyarəni tapmaq üçün ictimaiyyətdən kömək istəmişdi. Bildirilir ki, dəniz piyadalarına məxsus F-35 təyyarəsinin axtarışları yekunlaşıb. F-35 qırıcı təyyarəsinin qalıqları Çarlston Hərbi Hava Qüvvələri bazasının şimal-şərqindəki Uilyamsburq kəndi ərazisində tapılıb. Adı açıqlanmayan pilot paraşütlə sağ-salamat tullanaraq Şimali Çarlston şəhərinə enib. Pilot paraşütlə tullananda təyyarəni avtomatik uçuş rejiminə qoyub. Buna görə də təyyarə bir neçə kilometr uçub. Onun işlək olmayan transponderi və gizli texnologiyası radarla izlənilməyə mane olub.

Qeyd edək ki, təyyarənin tapılması üçün rəsmi dairələrin sakinlərdən kömək istəməsi ölkədə gülüş obyektinə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR