Əliyev və Ərdoğanın Xankəndi dialoqu belə olmuşdu - VİDEO

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, hazırda Şuşa-Xankəndi arasındakı mövqelərdə şiddətli döyüş gedir. Erməni mövqeləri darmadağın edilir. Bu gün başlanan antiterror əməliyatının mesajının bir neçə il bundan öncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Həmin kadrlarda 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada olan zaman iki lider arasında baş tutan dialoq əks olunub. Səfər zamanı Prezident İlham Əliyev Ərdoğana Xankəndi şəhərinin Şuşadan görünən mənzərəsini göstərir və “orada da olacağıq" deyə bildirir.

Metbuat.az həmin tarixi kadrları təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR