Türkiyə XİN məlumat yaydı

Azərbaycan İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə bölgədəki vəziyyətlə bağlı daim bəyan etdiyi problemlərin həll olunmaması nəticəsində zəruri hesab etdiyi tədbirləri öz suveren ərazisində görməli oldu.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin Azərbaycan ordusunun üzvlərinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı hücumlarına və təxribatlarına cavab olaraq bu gün Azərbaycan ordusu tərəfindən müstəsna olaraq hərbi elementləri hədəf alan antiterror tədbirləri başladılıb: “Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR