Füzulidə həlak olan polislə vida mərasimi keçirilir - FOTO

Füzuli rayonunda yol qəzasında həlak olan polis əməkdaşı Məmmədov Rasim Oqtay oğlunun nəşi Bakıda yaşadığı ünvana gətirilib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, onunla Xətai rayonu, Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirilir.

Məmmədov Rasim Oqtay oğlu 1987-ci ildə Bakıda anadan olub, 2 övladı var.

Qeyd edək ki, Füzuli rayonunda baş verən yol qəzasında 3 polis əməkdaşı həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR