Həlak olan polisin nişanına 2 gün qalıbmış - FOTO

Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşının nəşi Şamaxı rayonuna gətirilib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, Şamaxı şəhərindəki Cümə məscidində cənazə namazı qılınıb.

Daha sonra şəhid polis Şamaxının Qəleybuğurd kəndinin qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, əslən Şamaxının Qəleybuğurd kəndindən olan Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabrın 22-də anadan olub.

Sentyabrın 22-də doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.

O, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzasında həlak olub. Onunla yanaşı qəzada daha iki polis həlak olub, 6 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı