Aydan Salahova vəfat edən bacısından yazdı - FOTO

Xəbər verdiyimiz kimi, Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova vəfat edib.

Metbuat.az "Bizim.Media"ya istinadla xəbər verir ki, rəssam və heykəltəraş Aydan Salahova sosial şəbəkə hesabında 70 yaşında dünyasını dəyişən böyük bacısı ilə bağlı paylaşım edib.

Alagözün fotosunu səhifəsində yayımlayan Aydan onun doğum və vəfat etdiyi tarixi qeyd edərək “Parlaq, gözəl, nurlu, rəqs edən, sevən...” şərhini yazıb.

Qeyd edək ki, Xalq rəssamının mərhum qızı sabah torpağa tapşırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR