Vinçenzo Montella Türkiyə millisi üçün İstanbula getdi

Türkiyə millisinin baş məşqçisi postuna adı hallanan Vinçenzo Montella Türkiyə Futbol Federasiyası ilə görüşmək üçün İstanbula gəlib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında ilkin razılıq var. Yekun razılaşma əldə olunarsa italiyalı çalışdırıcı ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl Vinçenzo Montella "Adana Dəmirspor”, "Roma", "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nı çalışdırıb. Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Ştefan Kuntsu postundan rəsmi şəkildə uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR