Hikmət Hacıyev Ermənistana çağırış etdi

Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

    O, qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir: “Həmçinin Azərbaycan ərazisində Ermənistanın hərbi qüvvələri qalmamalıdır. Antiterror tədbirləri onu göstərdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisində qalmaqda idi. Bütün bunların pis nəticəsidir ki, Şuşa şəhəri dünən ağır artilleriya ilə bombalanıb və bir nəfər mülki vətəndaş həlak olub”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR