Ermənistan gecəboyu "silkələnib" - VİDEO

Dünən paytaxt İrəvanın Respublika meydanında kütləvi etiraz aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atmağa başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirirlər. Aksiyaçılar polisə və hökumət binasına yumurta, butulka və daş atmağa başlayıblar. Polis bir neçə nəfəri saxlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahına çoxlu sayda polis gətirilib. Qeyd edilir ki, polis bir neçə cərgədən ibarət baryer qurub.

Əraziyə əlavə polis qüvvələri cəlb edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR