Paşinyan istefa ilə bağlı komandasına BUNU DEYİB

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Məlumata görə, ötən gün baş tutan aksiyalara baxmayaraq Paşinyan tərəfdaşlarına istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib.

Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR