Salyanda küçədən tapılan körpə sağlamlığına qovuşdu

Bir neçə gün əvvəl kanal kənarına atılan və TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.

Metbuat.az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

Bildirlib ki, tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 12-də Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən 7 günlük körpə qız uşağı tapılmışdı. Körpə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR