Dövlət büdcəsinin xərcləri 36.3 mlrd. manat proqnozlaşdırılıb

2024-cü il üçün 36355,0 milyon manat (ÜDM-in30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22622 milyon manatı və ya 62,2%-i cari xərclərə, 11760,4 milyon manatı və ya 32,3%-i əsaslı xərclərə, 1972,6 milyon manatı və ya 5,4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.

Bu barədə Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Qeyd edək ki, funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7380,0 milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6421,0 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 574,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR