Xalq artisti Snup Doqla məzələndi: “Yevlaxa gəl" - FOTO

Xalq artisti Faiq Ağayev Ermənistanda konserti ləğv edilən amerikalı reper Snup Doqu ələ salıb.

Metbuat.az "Yenisabah.az"a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən F.Ağayev onu Yevlaxa dəvət edib.

"Yevlaxa gəl, Yevlaxa, Tüstü sal seyrangaha" - deyə ifaçı reperi ələ salıb.

Xatırladaq ki, bir neçə gün öncə Snup Doqun Azərbaycana qarşı paylaşım etmişdi. O, sosial şəbəkə hesabında yazmışdı: "Mənim sevimli erməni xalqım, mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı eləcə də dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm, hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR