Antiterror tədbirlərində mülki əhali hədəf alınmayıb - XİN

“44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların Azərbaycan qanunvericiliyi və konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: “Biz milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq”.

A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: “Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub”.

XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: “Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin mülki itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR