Azərbaycan və Pakistan arasında əməkdaşlıqla bağlı ilkin razılıq əldə edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə ASA-dan bildirilib.

Məlumata görə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Pakistan Sığortaçılar Assosiasiyası" arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair ilkin razılıq əldə olunub.

E.Mirsalayev həmçinin 5 türkdilli ölkənin sığortaçılar bilriklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq Təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb.

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR