Mil-Muğan regionu üzrə təhsil işçiləri imtahan verəcəklər

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün test imtahanı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a bildirilib ki, imtahan sentyabrın 23-ü saat 10:00-da baş tutacaq.

Sabirabad şəhəri M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçiriləcək imtahanda namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq.

Qeydiyyatdan keçmiş namizədlərə sms vasitəsilə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR