Universitet müəllimi qəfil vəfat etdi - FOTO

Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib.

Metbuat.az xəbər verir ki, o, sentyabrın 22-də səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR