Şəhid Nəcməddinin son arzusu yerinə yetirildi - VİDEO

Cəlilabad rayonunun Çünzəli kəndindən olan şəhid Nəcməddin Quliyevin son arzusu yerinə yetirilib.

Metbuat.az xəbər verir ki, şəhid Nəcməddin Quliyev yaxın qohumu ilə video danışığı zaman "Şəhid olsam, ailəmə ödəniləcək 11 min manat vəsaitlə kəndin yollarını asfaltlayarsınız” deyə son arzusu bildirib. Onun bu arzusu tez bir zamanda yerinə yetirilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti və 46 nömrəli Yol İstismarı İdarəsi tərəfindən ümumi uzunluğu 1,4 kilometr olan yollara asfalt örtüyü döşənib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR