“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi”.
Metbuat.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.
“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
***
Deputatın vəziyyəti ölkə rəhbərliyinin, Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır, Anar Ələkbərov xəstəni ziyarət edib.
APA xəbər verir ki, baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.