Ulduz futbolçu getməyə qərar verdi - 100 milyonluq transfer

“Real Madrid”in braziliyalı hücumçusu Rodriqonun komandadan getməyə hazır olduğu iddia edilib.

Metbuat.az xəbər verir ki, “Real Madrid” bu mövsüm 4-3-1-2 taktikası ilə oynayır və Rodriqo ön iki oyunçudan biri olaraq əsas heyətdə yer alır. İddialara görə, əsas heyətdə yer almasına baxmayaraq, futbolçu “Liverpul”a görə klubdan ayrılmaq istəyir. Məlumata görə, Salah karyerasına Səudiyyə Ərəbistanında davam etmək istəyir və “Liverpul” Rodriqonu Salahın yerinə transfer etmək istəyir.

Qeyd edək ki, Rodriqo 2018-ci ildə “Santos”dan 45 milyon avroya transfer olunub. “Liverpul”un Rodriqo üçün 100 milyon avro təklif etdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR